"şəmkir şəhərinin Morul yaşayış massivində qədimdən mövcud olan "Bala Kəhrizdə" son vaxtlar suyun həcminin azalması hiss edilirdi."
Bu barədə məlumatı şəmkir bələdiyyəsi yayıb.
Məlumatda qeyd edilir ki, suyun azalmasının əsas səbəbi kəhrizin son illər təmizlənməməsiylə bağlı olub. Bundan əlavə sakinlər tərəfindən müəyyən tullantıların kəhrizə atılması, o cümlədən müəyyən su sızmaları nəticəsində suyun həcmi xeyli azalmışdır.
şəmkir rayon icra Hakimiyyətinin təşəbbüsü və şəmkir Bələdiyyəsinin yaxından iştirakıyla Bala Kəhrizdə əsaslı təmir işlərinə start verilib.
Bələdiyyənin təşkilatçılığı ilə Tovuz rayonundan kənkanlar dəvət olunaraq kəhrizin təmizlənməsi üçün müqavilə bağlanıb.
Xəbər verildiyi kimi, 18 gün ərzində 23 quyu əsaslı şəkildə təmir edildi.
Quyulardan saysız hesabsız tullantılar, daş və s .təmizlənərək müəyyən hörgü işləri aparıldı.
470 m boru kəməri çəkilərək ərazidə yaşayanların su təminatı yaxşılaşdırıldı.
Hazırda "Bala Kəhriz" əvvəlki səviyyəsinə gətirilib.
Məlumatda daha sonra qeyd edilir ki, su mənbəyindən ətrafda yaşayan vətəndaşlara su çəkilişi ilə yanaşı təmir nəticəsində artan su hesabına suya ehtiyacı duyulan Morul adına orta məktəbin həyətinə, Məmmədəli əhmədov adına orta məktəbin həyətinə su çəkilmiş, Səməd Vurğun küçəsində ehsanat üçün tikilmiş “Müseyib Qənbər oğlu” adına mənbəyə suyun verilməsi bərpa edilmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|